Yada salaq
ki, İstanbulda çörək almaq üçün evdən çıxan gənci «Gəzi Parkı» mitinqlərini dağıdan
polislər döymüşdü. Başından aldığı zərbələrə görə Berkin 269 gün komada qalıb.
Xəstəxanaya
«Gəzi Parkı» olaylarında öldürülən 7 gəncin ailələri də axışıb. Kütləvi axına
görə polis xəstəxananı mühasirəyə alıb. Bundan sonra vətəndaşlar meyitin
ekspertizadan keçəcəyi Ədliyyə Tibb Qurumuna üz tutub.
Berkinin
xatirəsinə böyük şəhərlərdə keçirilən «çörəkli akisiya»lar hökuməti də
dilləndirib. Prezident Abdullah Gül Twitter hesabından acı xəbərə üzüldüyünü
yazıb. Prezidentin ardınca bir çox dövlət və hökumət rəsmilərin B.Elvanın
ölümünə təəssüfləndiklərini yazıb.
Bir sıra
şəhərlərdə polis aksiyaları dağıtmaq üçün gözyaşardıcı qazdan və su
şırnaqlarından istifadə edib.
Martın
12-də Berkin Elvanın xatirəsinə bir sıra həmkarlar təşkilatları ölkə üzrə
işçilərin mitinqini təşkil edəcək.
Devrimci
İşçi Sendikası Konfederasiyasının Türkiyə vətəndaşlarına ünvanladığı müraciətdə
hər kəs özünün və övladlarının gələcəyi üçün aksiyada iştiraka dəvət edib.
AKP
təmsilçiləri isə iqtidara yönələn təpkiləri müxalifətə ünvanlayıb. Hakim
partiyadan olan millət vəkilləri vətəndaşları aksiyalara təhrik edən müxalifəti
suçlu elan edib.
Baş nazir Rəcəb Tayyib Ərdoğan isə martın 11-də Bingöldə keçirdiyi təbliğat mitinqində deyib ki, müxalifət partiyaları liderləri Fətullah Gülənlə işbirliyi quraraq Türkiyədə hakimiyyəti dəyişməyə çalışırlar: «Bunlar üç qafadır. Bitlisdə görüşərək qərar qəbul ediblər. CHP MHP BBP DSP DP təmsilçiləri «birləşək» deyiblər. Dünənə qədər Pensilvaniya haqqında ən ağır ifadələri işlədən MHP indi Pensilvaniyanın yedəyi olub. Milli təhlükəsizliyimizə, dövlətimizə təcavüz edilir CHP və MHP «üç meymun» tamaşası göstərir».