Vaxt.Az

Soyuq müharibə dövründən sonra ilk dəfə


 

Ukrayna müharibəsi dünyada nüvə arsenallarının böyüməsinə yol açır

Soyuq müharibə dövründən sonra ilk dəfə Ukraynadakı müharibə nüvə gücləri arasında gərginliyi artırıb və onların nüvə arsenalları soyuq müharibədən sonra ilk dəfə olaraq tezliklə böyüməyə başlayacaq. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) analitikləri bu qənaətə gəlib.

“Bütün nüvə gücləri öz arsenallarını artırır və ya təkmilləşdirir, onların əksəriyyəti nüvə ritorikasına və nüvə silahlarının hərbi strategiyalarında oynadığı rola daha çox yer verir ki, bu da çox narahatedici tendensiyadır”, – İnstitutun Kütləvi qırğın silahları proqramının direktoru Vilfred Vanq illik hesabatında qeyd edib.

Həqiqətən də, Kremlin “xüsusi hərbi əməliyyat” adlandırmaqda israrlı olduğu Ukraynada müharibənin başlamasının üçüncü günündə Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdir, ümumilikdə müxtəlif gücə malik 5 977 nüvə başlığı ilə ABŞ-dan təxminən 550 ədəd çoxdur. Birlikdə Rusiya və ABŞ-ın payına dünyadakı bütün döyüş başlıqlarının 90 faizdən çox düşür.

Bununla belə, İnstitutun qeyd etdiyi kimi, onlara yaxın gələcəkdə 300-ə yaxın yeni buraxıcı raket şaxtasını istifadəyə vermək niyyətində olan Çin çatmağa çalışır.

Qurumun məlumatına görə, 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər döyüş başlıqlarının ümumi sayı 13 080-dən 12 705-ə düşsə də, onlardan ən azı 2 000-i daim yüksək hazırlıq vəziyyətindədir. (report.az)


 





13.06.2022    çap et  çap et