Qeyd edək ki, Rusiyanın bir sıra Avropa ölkələrinə mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib. “Qədim qitə” alternativ mənbələrdən qaz idxalını artırmağa çalışsa da hələlik və bəlli bir müddət “Qazprom” Avropada dominatlığını qoruyub saxlamağa çalışır.
Bu ilin ilk 5 ayının nəticələri də göstərir ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyinin daha gücləndirir.