Vaxt.Az

ABŞ Dövlət katibinin müavini Azərbaycandadır


 

Kara Makdonald Bakıda bir sıra görüşlər keçirəcək

ABŞ Dövlət katibinin müavini Azərbaycandadır ABŞ dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Kara Makdonald (Kara McDonald) iyun ayının 13-15 Azərbaycanda səfərdə olacaq.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyin yaydığı məlumatında deyilir.

Məlumata görə, səfər zamanı o, hökumət rəsmiləri, demokratiya və insan hüquqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək.

“O, səfər zamanı hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək. Dövlət Katibinin Müavini Makdonald Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə Bürosunun Avropa, Cənub və Mərkəzi Asiya üzrə fəaliyyətinə habelə çoxtərəfli və qlobal münasibətlər sahəsində çalışan heyətə rəhbərlik edir. Demokratiya, İnsan Hüquqları və Əmək Məsələləri üzrə Büro qanun aliliyi, insan haqları və əsas azadlıqlarda da daxil olmaqla universal dəyərləri dəstəkləyir. Sözügedən dəyərlər demokratiyaya habelə güclü, sabit, firavan, və suveren dövlətlərin inkişafına təkan verir”, – səfirliyin məlumatında qeyd olunub.

 





13.06.2022    çap et  çap et