“Xarkovun yaşayış məntəqələrinin təkrar bombalanması yüzlərlə dinc sakinin ölümünə və yaralanmasına səbəb olan ayrı-seçkilikdən kənar hücumlardır”, – deyə insan haqları müdafiəçiləri Ukraynanın ikinci ən böyük şəhəri ilə bağlı hesabatda bildiriblər.
“Bu, həm kasetli sursatlardan istifadə edilən zərbələrə, həm də digər növ idarə olunmayan raketlərdən və idarə olunmayan artilleriya mərmilərindən istifadə edilən zərbələrə aiddir”, – deyə hesabatda deyilir.
Hüquq müdafiəçiləri qeyd ediblər ki, “çoxlu sayda mülki itkiyə səbəb olduğu bilindiyi halda qeyri-dəqiq partlayıcı silahların müntəzəm olaraq istifadə edilməsi mülki şəxslərə qarşı birbaşa hücumlarla eyniləşdirilə bilər”.
Amnistiya Təşkilatı Xarkivda Rusiya qüvvələrinin beynəlxalq konvensiyalarla qadağan edilmiş “9N210” və “9N235” kaset bombalarından və səpələnmiş minalardan dəfələrlə istifadə etdiyinə dair sübutlar əldə etdiyini bildirib.
Kaset bombaları havada yüzlərlə kvadrat metr əraziyə təsadüfi səpələnmiş onlarla kiçik sursat buraxır.
Amnesty International bildirir ki, səpələnmiş minalar “kaset sursatları və piyada əleyhinə minaların mümkün olan ən pis xüsusiyyətlərini” birləşdirir.
İdarə olunmayan artilleriya mərmiləri 100 metrdən çox əraziyə zərər vura bilir.