Vaxt.Az

“Xomeyni Doktrinası”


 

Teokratik prinsiplərdən qidalanan hibrid mexanizmlərilə həyata keçirməyə çalışılan geosiyasi plan

“Xomeyni Doktrinası” Hər kəsdə narahatlıq doğuran və ehtiyatlı olmağa vadar edən odur ki, 1979-cu il inqilabından sonra İran adlanan yerdə icra edilməyə başlanan “Xomeyni Doktrinası” (“Vilayəti-fəqih” nəzəriyyəsi) milli maraqları və onlara riayət etməyi inkar etməklə, bütün müsəlman ölkələrində “islam hökuməti”nin hakimiyyətə gəlməsini başlıca strateji hədəf seçib.

Belə də yazılıb: “...Birinci addım müsəlman dünyasında hakimiyyətdə olan rejimlərin hamısının devrilməsi və “islam hökuməti”nin hakimiyyətə gəlişi olacaq. Ənənəvi milli loyallıqlar kökündən qoparılmalıdır, çünki “bizim hər birimizin borcu taqutların, başqa sözlə – hazırda islam dünyasında hökmranlıq edən qeyri-qanuni siyasi qüvvələrin devrilməsindən ibarətdir”. 

Xomeyni özü həyatda olmasa da, onun “Doktrinası” bu gün də İran isteblişmentinin bölgənin müsəlman Respublikaları üçün, əsasən islamın şiə qolunun Əfqanıstan sərhədlərindən başlayıb Xəzər dənizi hövzəsi ölkələrini də əhatə etməklə Aralıq dənizinə qədər uzanan ərazilərə yayılmasını hədəfləyən, dini-ideoloji və teokratik prinsiplərdən qidalanan hibrid təsir mexanizmləri vasitəsilə həyata keçirməyə və nail olmağa çalışdığı geosiyasi plandır.

Azərbaycanda, ola bilsin, çoxlarının bu dini-ideoloji pərdəyə bürünmüş sözügedən geosiyasi eksponsionist “Doktrina”dan xəbəri yoxdur deyə, hələ də dini-ideoloji zəmində inqilab düzüb-qoşmaq istəyən qüvvələrin niyyətinin nə dərəcədə diri və məkrli olmasını anlaya bilmir. Hər bir halda,  Azərbaycanı idarə edən indiki hökumət və xüsusilə cəmiyyətin milli-demokratik kəsimi sayıqlığı əldən verməməlidir. Unutmamalıyıq ki, Azərbaycanın bu günə qədər nail ola bildiyi ən böyük uğuru məhz dünyəviliyi və tolerant bir respublika olmasıdır!

 





14.06.2022    çap et  çap et