Vaxt.Az

“Ən kasıb ölkələr daha çox zərər çəkəcək”


 

Rusiyanın Ukraynaya qarşı müharibəsi dünyanı necə daha da yoxsullaşdırır?

“Ən kasıb ölkələr daha çox zərər çəkəcək” Rusiyanın Ukraynaya hücumu dünyanın “COVİD-19” pandemiyası böhranından sonra bərpa olmağa və əvvəlki rifah artımı templərinə qayıtmasına mane oldu. Əldən buraxılmış imkanlar təkcə bu il ən azı bir trilyon dollar qiymətləndirilir. Başqalarından daha çox, Rusiya da daxil, yoxsul ölkələr zərər çəkəcək, bu həftə iki aparıcı dünya universitetlərinin iqtisadçıları xəbərdarlıq edib.

Öz yarım illik proqnozlarında Dünya Bankı və İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) zəngin ölkələr klubu dünya iqtisadiyyatının perspektivlərinə dair bu günlərdəki nikbin müşahidələrini yenidən qətiyyətlə nəzərdən keçirib və ona yeni diaqnoz qoyublar: tez sağalma barədə unutmaq olar, dərhal növbəti böhrana qərq olmaq riskləri isə misli görünməmiş dərəcədə real və yüksəkdir.

“Dünya Rusiyanın Ukraynaya qarşı müharibəsinin əvəzini çox ağır ödəməli olacaq. Bu müharibə iki il davam edən pandemiyadan sonra iqtisadiyyatın güclə başlanmış bərpasını təhlükə altına qoyur, – İƏİT-nin hesabatında deyilir. – Görünür, ən yoxsul ölkələr digərlərindən çox zərər çəkəcək”.

“Rusiyanın Ukraynaya müdaxiləsi qlobal iqtisadiyyata ziyan vurdu, enerjidaşıyıcılar bazarlarının sabitliyini pozdu. Bir çox inkişaf etməkdə olan ölkədə ərzaq qıtlığı və yoxsulluğu daha da gərginləşdirdi”, – Dünya Bankının iqtisadçıları yazır.

İki hesabat 400 səhifə mətn və cədvəllərdən ibarətdir. Biz onları oxuduq və  Ukraynaya Rusiya müdaxiləsinin dünyanı necə hələ altı ay öncə, artıq pandemiyadan sonrakı, lakin müharibədən əvvəlki qiymətləndirmələrə əsasən, hamının ümid etdiyindən daha da yoxsullaşmasını nümayiş etdirən 10 fakt və proqnozları ayırdıq.


1. Müharibənin qiyməti


Hazırda Dünya Bankı 2022-ci ildə, əvvəlki 4,1 faiz proqnozu müqabilində, dünya iqtisadiyyatının cəmi 2,9 faiz artımını gözləyir.

İƏİT isə öz proqnozunu daha əhəmiyyətli ölçüdə – 4,5 faizdən 3 faizədək azaldıb.

Əldən buraxılmış 1-1,5 faiz artım – nəhəng məbləğdir, nəzərə alınsa ki, bu il ilk dəfə dünya ÜDM-si 100 trilyonu aşmalıdır.

Müharibədən başqa, artımı Çində sonsuz Covid-19 karantini və inkişaf etmiş ölkələrdə, qismən həmçinin sözügedən Rusiya təcavüzü səbəbindən, rekord səviyyəli inflyasiya ilə mübarizə üçün kredit dərəcələrinin artırılması ləngidir.

Dünya iqtisadiyyatı dövridir: yüksəliş ardınca eniş gəlir, sonra növbəti resessiyaya kimi bərpa olma və sairə. İkinci Dünya müharibəsindən bəri dünyada beşədək resessiya baş verib, 2020-ci il pandemiya ilə bağlısı da daxil.

Lakin bir dəfə də olsa enişdən sonrakı bərpa olma bu qədər indiki kimi tez büdrəməyib. Başlıca səbəb – Rusiyanın Ukraynaya hücum etməsidir.

Söhbət hələ ki, yeni tənəzzüldən yox, məhz ləngiməkdən gedir. Lakin iş həm də resessiyaya çatsa, dünya iqtisadiyyatı tarixində yeni rekord qeydə alınacaq – dünyada yeni əskilmədən əvvəl sərvətin belə qısa artma dövrü son dəfə 80 ildən əvvəl müşahidə olunub.


2. Yoxsullar varlılardan çox zərər çəkəcək


Dünya istənilən iqtisadi böhranı nəticəsində inkişaf etməkdə olan ölkələr adətən inkişaf etmiş ölkələrdən daha sürətlə yoxsullaşırlar, çünki onların ehtiyatı daha azdır və ərzaq və enerjidaşıyıcılarının dünya qiymətləri, eləcə də yemək, yanacaq, texnologiya və avadanlıq almaq üçün valyuta ilə kreditlərin cəlb edilməsi dərəcəsindən asılılığı böyükdür. Rusiyanın Ukraynaya hücumu məhz onları zərbə altına qoyub.

““COVİD-19” onsuz da inkişaf etmiş ölkələrdə gəlirlərin artması və yoxsulluğun azalmasını ciddi şəkildə pozub. Ukraynadakı müharibənin nəticələri sadəcə bu problemləri daha da ağırlaşdıracaq. Nəticədə ölkələrin təxminən 40 faizində adambaşına real gəlirlər kovidöncəsi səviyyəyə qayıtmayacaq. Onların çoxlarına isə resessiyadan qacınmaq çox çətin olacaq”, - Dünya Bankının iqtisadçıları xəbərdarlıq edir.

“Xüsusilə Rusiya və Ukraynadan buğda ixracatına xitam verilməsi narahatlıq doğurur. Bu, inkişaf etməkdə olan ölkələrdə ciddi qida çatışmazlığına gətirə bilər. Onları tək iqtisadi böhran deyil, həm də humanitar fəlakət, yoxsulluq və aclıq təhdid edir”, - İƏİT iqtisadçıları yazır.


3. Əsas zərbə Rusiya, Ukrayna və onların qonşularına dəyəcək


Avropa və Mərkəzi Asiya, demək olar, rifahın artması kovidöncəsi trayektoriyasına 2022-ci ilin əvvəlində qayıdıblar. Lakin bu zaman Putin ordusu Ukrayna sərhədini keçdi.

“Rusiyanın müdaxiləsi bu bərpanı geriyə döndərib və 2022-ci ildə region iqtisadiyyatında təxminən 3 faiz ixtisar olacaq”, - hələ yanvar ayında enmə yox, 3 faiz artım gözləyən Dünya Bankı yazır.

Resessiya hamını təhdid etmir, ancaq Rusiya, Ukrayna və daha 4 keçmiş SSRİ ölkəsini: Belarus, Moldova, Qırğızıstan və Tacikistan istisna ola bilər, Dünya Bankı ehtimal edir.

Onun hesablamasına görə, Ukraynanın ÜDM-si 2022-ci ildə 45 faiz üstündə donacaq və tezliklə bərpa ola bilməyəcək.

“Müharibənin nəticələri qısamüddətli proqnoz hüdudlarından uzaqda hiss olunacaq. Bu, Ukrayna iqtisadiyyatına ləğv olunmuş istehsalat, yandırılmış tarlalar, əldən düşmüş insan resursları qismində dərin yaralar vuracaq”, – bankın iqtisadçıları yazır.

Onların hesablamalarına görə, Rusiyanın ÜDM-si təxminən 9 faizədək ixtisar olacaq və hətta gələn il də artıma qayıtmayacaq və Avropa neft embarqosu və gəlirlər, istehlak, investisiya və idxalatın ixtisarı şəraitində təxminən daha 2 faizədək azalacaq.

Dünya Bankı belə düşünür. İƏİT Rusiya və Ukrayna üçün proqnoz vermir, çünki varlı ölkələr klubudur.

Rusiyanın ona qatılmaq planları (Putin 2014-cü ildə vəd etmişdi) 8 il əvvəl Krımın ilhaqından sonra, demək olar, tamamilə xəyallar siyahısına salına bilər.


4. Ukrayna qaçqınları Avropaya baha başa gələcək


Daha dəqiq isə İƏİT hesablayıb: tək 2022-ci ildə 26 milyard avroya.

Bu məbləğin üçdə ikisi – bilavasitə qəbul etmə və yerləşdirmə xərcləridir. Daha təxminən 9 milyard avro isə təhsil və səhiyyənin əlavə maliyyələşdirilməsi üçün tələb olunacaq.

Avropa İttifaqında artıq 5 milyon Ukrayna qaçqını var.

“Ukrayna müharibəsi əhalinin İkinci Dünya müharibəsi zamanlarından bəri görünməmiş, tarixi miqyasda miqrasiyasına gətirib. Suriyalı qaçqınların sayı münaqişənin iki ilindən sonra 3 milyona çatmışdı, bu halda isə Ukraynadan qaçanların sayı ilk üç həftə ərzində bu qədər olub”, - İƏİT yazır.


5. Ukraynadan (və Rusiyadan) olan qaçqınlar – bu, tək Avropa üçün xərc deyil


Onlar Aİ və başqa inkişaf etmiş Qərb ölkələrinə işçi qüvvəsi qıtlığını qismən aradan qaldırmaq imkanı vəd edə bilər – hansı ki pandemiyadan sonra dünya iqtisadiyyatının bərpası yolunda ən əsas əngəllərdən biridir.

“Ukrayna qaçqınları və Rusiya miqrantlarının, xüsusilə təhsilli və ixtisaslı işçilərin axını olsun ki, daxili tələbata və ortamüddətli perspektivdə, əməkqabiliyyətli əhalinin artması sayəsində müsbət təsir edər”, - Dünya Bankı qeyd edir.

“Əmək bazarının normallaşması 2022-23-cü illərdə davam edəcək, Ukraynada müharibənin neqativ nəticələrinə rəğmən, - İƏİT iqtisadçıları yazır. – Epidemioloji vəziyyət yaxşılaşdıqca iqtisadi fəal əhali artar, mühacirət axını və Ukrayna qaçqınlarının tədricən əmək bazarına daxil edilməsi isə işçi qüvvəsi qıtlığını bərpa etmək imkanı verər“.


6. Müharibə neft və qaz qiymətlərini qaldırıb (xüsusilə Avropada)


Sanksiyalar, qərb treyderlərinin özünüməhdudiyyət və Rusiya tərəfindən enerji şantajına görə neftin qiyməti, depressiv kovid qiymətləri ilə müqayisədə, nominal ibarədə 4,5 dəfə artıb.

1970-ci illərin iri neft böhranı zamanlarından bəri dünya belə kəskin sıçrayış görməyib.

Lakin tək Avropa qaz qiymətlərində tarixi rekordlar qeydə alınıb (yəqin Qazpromun köməyi ilə). Kömürün qiyməti 2022-ci ilin zirvəsinə yaxınlaşmaqdadır, neft isə hələ ki, cari əsrin əsas maliyyə böhranı ərəfəsində real ibarədə çox ucuzdur.

Bu qədər yüksək qiymətlərin nəticələri və Aİ-nin Rusiya tədarüklərinə reaksiyası göz qabağındadır. Əvvəllər Rusiya Avropanın 40 faizədək qaz tələbatını təmin edirdi, 2021-ci “COVİD-19” ilində bu rəqəm bir qədər – 35 faizədək azalmışdısa, hazırda bu, artıq 25 faizdən azdır.


7. Dünya ticarətinin təxminən 3 faizi təhlükə altındadır


Sanksiya və embarqolar tək neft və qaz idxal-ixracatına deyil, digər hər şeyə də toxunub.

Kreditorlar, sığortaçılar və yükdaşıyanlar üçün məhdudiyyətlər dünya ticarətinin təxminən 3 faizini zərbə altına qoyub, İƏİT iqtisadçıları hesablayıb.

Dünyanın alver etdiyi təxminən 4,5 min əsas mallardan onlar dünya bazarında 15 faizdən çoxunu - Rusiya və Ukraynanın payına düşənləri ayırıb və müharibə şəraitində təchizatında fasilələr arzuolunmaz olan yüz addan ibarət siyahı hazırlayıblar.

Bunlar əsasən  metal, neft-kimya sənayesi malları və ərzaqdır.


8. Dollar bərkiyir. Bu, yoxsul ölkələr üçün təhlükəlidir


Dolların möhkəmlənməsi əsasən ABŞ-da kredit dərəcələrinin artırılması ilə bağlıdır, lakin bu, qismən Rusiyanın müharibə başladığı qitə ölkələrinin valyutası olaraq, avronun zəifliyi ilə də izah olunur.

Son dərəcə bahalı valyuta borcları bir çox inkişaf etməkdə olan ölkələrin maliyyə sabitliyinə təhlükə yaradır, çünki dollarla borc dərəcələrinin artması onların xarici borcun maliyyələşdirilməsi xərclərini artırır və sərmayədarların daha etibarlı qərb borcalanlarında yüksək dərəcələr şəraitində onlara borc vermək həvəsini azaldır, Dünya Bankı qeyd edir. 

İƏİT ehtimal olunan qurbanları adbaad sadalayır.

“Valyuta ilə dövlət borcu yüksək - 50-70 faiz səviyyəsində olan ölkələr Türkiyə, Bolqarıstan, Rumıniya və Argentinadır. İnkişaf etmiş ölkələrdən kapitalın çıxması güclənəcək, gələcək devalvasiya kəskin şəkildə onların borc yükünü artıracaq”, - İƏİT iqtisadçıları yazır və artıq defolta uğramış Livan və Şri-Lankanı misal gətirir.


9. İqlimin dəyişməsi ilə mübarizə haqqında müvəqqəti unudublar


Avropa Rusiyadan neft-qaz asılılığından qurtarmağa çalışmağa başlayıb və iqtisadiyyatın “yaşıl yenidənqurma” planları pozulub. Onlar “çirkli” kömürün və nüvə yanacağının “təmiz”, ən çox hissəsi Rusiya hasilatı olan, təbii qazla əvəz edilməsinə arxalanırdılar.

İndi isə Amerika və Qətər qazı, ola bilsin ki, Polşa və ya Almaniya kömürü də Rusiya yanacağından üstün tutulmağa başlayıb.

“Enerji böhranını ləğv etmək cəhdləri təcili alternativ karbohidrogen tədarükçüsü axtarışı və kömür istehlakının artırılmasına gətirib. Bu, ən yaxşı halda, müvəqqəti qərardır, çünki dünyanın ehtiyacı tamam başqadır, dünyanın ehtiyacı təmiz enerji mənbələrinədir”, - İƏİT hesabatının müqəddiməsində onun baş iqtisadçısı Lorens Bun (Laurence Boone) yazıb.


10. Müharibə nə qədər davam edəcək və sanksiyalar nə vaxt götürüləcək?


Hər iki proqnoz müəlliflərin nöqteyi-nəzərindən daha çox güman edilə bilən ehtimala əsaslanır ki, müharibə hər hansı bir formada bir ildən az davam etməyəcək, Rusiya və Belarusa qarşı sanksiyalar isə qüvvədə qalacaq.

Həm Dünya Bankı, həm İƏİT güman edirlər ki, Rusiya kömürü və nefti üzərinə embarqo qüvvəyə minər, metal və xammal qiymətlərinin artması davam etməyəcək, lakin onlar yüksək qalacaq, dünya ticarəti əvvəlki kimi logistika problemləri ilə sarsılmış olacaq, kredit dərəcələri isə bütün dünyada qalmaqda davam edəcək. (BBC)

 





14.06.2022    çap et  çap et