Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dünən sualtı əməliyyatlar çərçivəsində ilk borunun dənizin dibinə endirilməsi mərasimində iştirak edib. Bəyan edib ki, “Sakarya” qaz yatağında hasilatın pik həddinə artıq 2026-cı ildə gündəlik 40 milyon kubmetr hasilatla nail olunacaq.
“Sakarya” yatağının işlənməsində TPAO şürkətinin baş podratçısı dünya şöhrətli “Schlumberger” şirkətidir.
Qeyd edək ki, Azərbaycanın qaz yataqları içərisində rekord “Ümid” yatağının payına düşür: 2010-cu ilin noyabrında kəşf edildi və 2012-ci ilin sentyabrında istismar başladı.
“Şahdəniz” yatağında bu dövr 7 il yarım çəkdi. “Abşeron” yatağında 12 ilə yaxın (hasilat dövrünü 2018-ci ildən hər il uzada-uzada gedirlər, indi gələn ilə planlaşdırırlar)