Vaxt.Az

Hizbullaha silah tədarük ediblər


 

Öldürülən SEPAH zabitləri ilə bağlı yeni iddia

Hizbullaha silah tədarük ediblər İyunun 12-də öldükləri elan edilən İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hava Qüvvələrinin iki zabiti Məhəmməd Əbdus və Əli Kamani ilə bağlı yeni iddia ortaya çıxıb.

Məlumata görə, onlar Livanda “Hizbullah” üçün silah hazırlanması, tədarükündə iştirak ediblər.

İran rəsmilərinin iddialarının əksinə olaraq onların ölüm səbəbinin qəza olmadığı bildirilir.

Qeyd edək ki, İranın Mərkəzi Əyalətinin Korpusu bazar günü bəyanat yayaraq, SEPAH-ın aerokosmik bölməsinin üzvü Əli Kamaninin Xomeyn şəhərində “yol qəzası nəticəsində” və “vəzifəsini yerinə yetirən zaman” öldüyünü elan edib.

Eyni gündə başqa bir xəbərdə İran İslam Respublikasının Müdafiə Nazirliyi  açıqlama yayaraq bu nazirliyin Məhəmməd Abdus adlı hərbi əməkdaşının “missiya zamanı” öldürüldüyünü açıqlayıb.

Məlumata görə, iki fərqli bölgədə ayrı-ayrılıqda baş verən iki nəfərin ölümü iş və ya avtomobil qəzası deyil və onlar öldürülüb.

 





14.06.2022    çap et  çap et