Vaxt.Az

“Qarabağ”a ən natarazı düşdü


 

Ağdamlıların bəxtinin gətirdiyini söyləmək olmaz, amma ...

“Qarabağ”a ən natarazı düşdü “Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi son Polşa çempionu “Lex” oldu. Beş potensial rəqib arasında ən nataraz rəqib məhz polyaklar idi. Ona görə də püşkdə “Qarabağ”ın bəxtinin gətirdiyini söyləmək olmaz. Bununla belə 8 qat Polşa çempionu ilə mübarizədə cütün favoriti yenə Qurban Qurbanovun komandasıdır.

Amma narahatlıq doğura biləcək fakt odur ki, "Qarabağ" hər zaman avrokubokların ilkin mərhələsini çətinliklə keçir. Bu da təbiidir. Çünki komanda o vaxt fiziki baxımdan tam hazır olmur, futbolçular yeni mövsümdə ilk rəsmi oyuna çıxırlar. Müsbət məqam odur ki, ilk matç səfərdədir və cavab oyununda komanda azarkeşlərinin də ənənəvi dəstəyi ilə mərhələ adlaya bilər. 

Bununla belə, komandaya tezliklə yeni transferlər cəlb edilməlidir. Xüsusən orta sahə ilə bağlı məsələ həllini tapmalıdır. Amma Andradenin qalib-qalmayacağı hələ də qeyri-müəyyən qalır. Mənə görə, yeni hücumçu da alınmalıdır.

P.S. Yeri gəlmişkən, avrokuboklarda “Qarabağ” hər zaman polyaklaran üstün olub. Son dəfə Ağdam təmsilçisi 44 günlük Vətən müharibəsinin getdiyi dövrdə Polşa çempionu “Legiya”nı onun meydanında 3:0 hesabı ilə məğlub edərək Avroliqanın qrupuna vəsiqə qazanmışdı.

 





14.06.2022    çap et  çap et