Vaxt.Az

«Qanunlara riayət edin!»


 

Ukraynadan Rusiyaya çağırış

«Qanunlara riayət edin!» Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya etiraz bəyanatı göndərib. AzNews.az-ın məlumatına görə, bəyanatda Rusiyanın Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin müstəqillik Bəyannaməsini tanımasına ciddi etiraz edilib.

Bəyanatda bildirilib ki, Krım Muxtar Respublikasının Ali Radasının bu addımı beynəlxalq qanunlara və ölkə konstitusiyasına ziddir: «Bu birbaşa olaraq, BMT qərarlarına və Ukrayna ərazi bütövlüyünə yönələn işğal faktıdır. Ukrayna birmənalı olaraq bu hərəkəti Rusiyanın daxili işlərə qarışması kimi xarakterizə edir. Krım Muxtar Respublikasının həmin qərarı heç bir əsas daşımır».

Sənəddə Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət və beynəlxalq qanunlara riayət etməyə çağırılıb.

 





12.03.2014    çap et  çap et