Vaxt.Az

“İranın intihara cəhdi olar”


 

“Rejim dəyişməyənə qədər İran dünyaya təhlükədir”

“İranın intihara cəhdi olar” ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri və BMT-dəki keçmiş səfiri Con Bolton Bayden administrasiyasının İranla nüvə razılaşmasına qayıdacağı təqdirdə İsrailin özünü təhlükədə hiss edəcəyi bildirib. O, İran ilə İsrail arasında müharibə ehtimalının artacağı barədə xəbərdarlıq edib.

“Bayden hökuməti danışıqlara qayıtsa, böyük səhv edəcək, çünki İsrail özünü təhlükə hiss edəcək və İranla İsrail arasında proksi-müharibənin real savaşa çevrilməsi ehtimalı artacaq. İran təhlükəsi ilə bağlı regionda vəziyyət çox ciddi həddə çatıb, ancaq mən qısa müddətdə Yaxın Şərqdə tammiqyaslı müharibənin olacağını düşünmürəm”, – deyə o bildirib.

Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri İranla Amerika arasında ciddi müharibə təhlükəsinin olmadığını və bunun olacağı təqdirdə İranın intihara cəhdi olacağını deyib.

Nüvə danışıqlarının bərpası ehtimalının çox aşağı olduğunu deyən Bolton Vyana danışıqlarının uğursuz olacağı halda, bir tərəfdən İsrail və ya başqalarını İranın nüvə proqramını dayandırmaq üçün gizli və ya aşkar hərəkətə keçə biləcəyini, digər tərəfdən, İrana qarşı sanksiyaların artacağını söyləyib.

İran xarici işlər nazirinin Amerika hökumətinin MAQATE-nin Qəyyumlar Şurasının qətnaməsinin əhəmiyyətsiz olduğuna dair İranı arxayın salması ilə bağlı sözlərinə reaksiya verən Con Bolton, qlobal təhlükəsizliyi qorumaq üçün beynəlxalq səylərə zərbə vurduğu üçün Amerika hökumətindəki bu daxili mənbənin Tehrana nə vaxt və nə dərəcədə fayda verdiyinin müəyyən edilməsinin vacibliyini deyib.

Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri vurğulayıb ki, İranda rejim dəyişməyənə qədər İslam Respublikasının dünyanı təhdid etmək planı davam edəcək.

“40 illik molla hakimiyyətinə görə İranın güclü müxalifəti yoxdur, ancaq İslam Respublikası devrilərsə, İran xalqı seçki keçirməklə öz taleyi barədə qərar verə biləcək”, – deyə Bolton fikrini bitirib.

 





15.06.2022    çap et  çap et