Vaxt.Az

“Çıxış yolları təhlükəlidir, amma var”


 

Severodonetskdə Rusiyanın ultimatumuna əməl olunmur

“Çıxış yolları təhlükəlidir, amma var” Kiyev Severodonetskdə təslim olmaqla bağlı Moskvanın ultimatumunu yerinə yetirməyib. Şəhərin meri Aleksandr Stryuk deyib ki, ultimatumun vaxtı bitəndən sonra Rusiya qüvvələri bir neçə istiqamətdən hücuma cəhd ediblər, amma Ukrayna qüvvələri onları geri oturdub.

“Düşməni şəhər mərkəzinə sıxışdırmağa çalışırıq. Hazırda qismən uğurlar, taktiki geri çəkilmələr baş verir”, – Stryuk televiziya çıxışında deyib.

O, Ukrayna qüvvələrinin tamamilə blokadaya alınmadığını söyləyib. “Çıxış yolları təhlükəlidir, amma var”, – mer vurğulayıb.

Severodonetskin daxil olduğu Luqansk vilayətinin başçısı Sergey Qaydayın sözlərinə görə, ordu şəhəri müdafiə edir, Rusiya qüvvələrinin Lisiçanska yaxınlaşmağa qoymur. Siverski Donets çayının digər sahilində yerləşən Lisiçansk Ukrayna qüvvələrinin əlindədir.

“Buna baxmayaraq, rusiyalılar yaxındadır, əhali əziyyət çəkir, evlər dağılır”, – o, internetdə yazıb.

 





15.06.2022    çap et  çap et