Vaxt.Az

Növbəti hədəf Baltikyanı ölkələrdir


 

Yalnız bu dəfə xüsusi əməliyyat fərqli səviyyədə hazırlanmalıdır

Növbəti hədəf Baltikyanı ölkələrdir Rusiya prezidenti Vladimir Putin hərbi və güc bloklarının rəhbərləri ilə videokonfrans vasitəsilə görüş keçirib. Belə nümayəndəli görüşün əsas səbəbi Rusiya Federasiyası Təhlükəsizlik Şurasındakı ekspertlərin prezidentə hesabatı olub.

Hesabatda bir sıra mühüm qeydlər və hərbi şirkətin inkişaf perspektivləri ilə yanaşı, prezidentin narahatlığına səbəb olan, hərbi və güc bloklarının rəhbərliyi ilə məsləhətləşmələrin əsas səbəbinə çevrilən maraqlı məqam da var. Putini qayğılandıran problem odur ki, ekspertlərin fikrinə görə, hadisələrin müəyyən inkişafı ilə çox güman ki, Rusiya Bryansk, Kursk və Belqorod vilayətlərinin bəzi əraziləri üzərində nəzarəti müvəqqəti itirə bilər, Belqorod vilayətinin isə, İdarə mərkəzi üzərində ola bilər ki, nəzarəti itirməkdən də söhbət gedir. Hesabat müəllifləri bu bölgələrdə, eləcə də, Voronej və Rostov vilayətlərində hərbi vəziyyətin və səfərbərliyin tətbiqini tövsiyə edirlər. İclasda iştirak edən Müdafiə Nazirliyinin və Baş Qərargahın nümayəndələri dövlət başçısını əmin ediblər ki, ekspertlərin gəldiyi nəticə tələsik və əsassızdır, xüsusi əməliyyat ləngimə ilə də olsa, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində uğurla irəliləyir. Görüş zamanı Putin bir neçə dəfə hərbi blokun rəhbərliyinə hesabatda təsvir olunan ssenarinin reallaşacağı təqdirdə hər birinin şəxsi məsuliyyəti barədə xəbərdarlıq edib və buna hər dəfə belə bir məsuliyyəti öz üzərinə götürməyə hazır olmaları şəklində cavab alıb. 

Görüşün əsas hissəsindən sonra Putin Təhlükəsizlik Şurasının katibi Patruşev, FTX direktoru Bortnikov, XKX direktoru Narışkin və daha iki şəxslə əlaqə saxlamağa davam edib. Müzakirə prosesində dar tərkibdə cəbhədəki mövcud vəziyyət müzakirə edilib. Putin əslində, Ukraynanın ələ keçirilməsinin ilk məqsəd olaraq seçliməsinin özünün səhvi olduğunu etiraf edib. Putin öz fikrini və əmin olduğunu bildirib ki, əgər Baltikyanı ölkələrə qarşı xüsusi əməliyyat keçirilsəydi, nəticə “praktiki olaraq təmin olunacaqdı”. Müzakirə iştirakçıları prezidentin qənaətlərini dəstəkləyiblər, bundan sonra Putin bildirib ki, onun fikrincə, növbəti hədəf Baltikyanı ölkələrdir, yalnız xüsusi əməliyyat “əsaslı şəkildə fərqli səviyyədə” hazırlanmalı və həyata keçirilməlidir.

 





15.06.2022    çap et  çap et