Stoltenberq bildirib ki, NATO artıq tədarükləri “gücləndirir” və rəsmilər iyunun 15-də Brüsseldə növbəti dəstəyi, o cümlədən ağır silahları əlaqələndirmək üçün görüşəcəklər.
Ukraynanın ağır silah tələbləri son həftələrdə daha da artıb, çünki onun qüvvələri Ukraynanın şərqində Rusiyanın irəliləyişlərinə mane olmaq üçün lazımi gücə malik deyil.
Ukrayna prezidenti Vladimir Zelenski iyunun 14-də daha çox uzaqmənzilli silahlar üçün çağırış edib.
Stoltenberq Kiyevin daha ağır silahlarla təmin edilməsi ilə razılaşsa da, o, heç bir təfərrüat verməyib.
Niderlandın baş naziri Mark Rutte və Danimarkanın baş naziri Mette Frederiksen 29-30 iyun tarixlərində Madriddə keçirilməsi planlaşdırılan NATO sammiti öncəsi Stoltenberqi və Polşa, Rumıniya, Latviya, Portuqaliya və Belçika liderlərini qəbul edib.
“Silah baxımından, biz burada həmrəyik ki, Rusiyanın müharibədə uduzması çox vacibdir. NATO qoşunları ilə Rusiya arasında birbaşa qarşıdurma mümkün olmadığı üçün Ukraynanın bu müharibə ilə mübarizə apara bilməsinə, bütün lazımi silahlara çıxışının olmasına əmin olmaq lazımdır”, – deyə Rutte jurnalistlərə açıqlayıb.
Polşanın baş naziri Mateuş Moravietski Qərbin indiyədək atdığı addımların Ukraynaya yetərincə dəstək verməməsindən təəssüflənib.
“Biz Ukraynanı müdafiə etmək, Ukrayna xalqını, onun azadlığını və suverenliyini dəstəkləmək üçün kifayət qədər iş görməmişik”, – deyə o, mətbuat konfransında bildirib.
“Və buna görə də mən sizdən xahiş edirəm ki, Ukraynaya silah və artilleriya çatdırmaq üçün daha çox iş görün. Bu, öz ölkələrini müdafiə etmək üçün lazımdır” - deyə, o əlavə edib.
O, həmçinin bildirib ki, Ukrayna Rusiyaya məğlub olarsa, Qərb ölkələrinin heç bir etibarı olmayacaq.
“Bu, Avropa İttifaqının, dəyərlərimizin və NATO-nun tamamilə uğursuzluğu və fəlakəti ola bilər” - deyə, Moravietski qeyd edib.
Stoltenberq bildirib ki, NATO liderləri Madrid sammitində “duruşumuzun əsaslı şəkildə gücləndirilməsi ilə bağlı razılığa gələcəklər”.
O əlavə edib ki, NATO Rusiyanın Ukraynaya müdaxiləsindən sonra “daha da yüksək hazırlıq” yaratmalı və şərq sərhədi boyunca silah potensialını gücləndirməlidir.
İsveç və Finlandiyanın alyansa qoşulmaq müraciətləri ilə bağlı suala Stoltenberq bildirib ki, o, İsveçin kürd yaraqlılarına verdiyi dəstəkdən qəzəblənən Türkiyənin narazılığını həll etmək üçün “irəliyə doğru birgə yol” axtarır.