Vaxt.Az

“Talanan təkcə dil və mədəniyyətimiz deyil“


 

Təbrizdə yazılı vərəqələr yayılıb

“Talanan təkcə dil və mədəniyyətimiz deyil“ İyunun 14-də milli fəallar Təbriz şəhərində aksiya keçirib. Onlar şəhərdə yazılı vərəqələr yayaraq Azərbaycan sərvətlərinin hökumət tərəfindən talanmasına son qoyulmasını tələb ediblər.

Vərəqələrdə Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədinin “gündə Süngün mis mədənindən 50 milyard tümən dəyərində xam mal Kirmana daşınır. Bu sərvət əyalətdə qalsa bura cənnətə çevrilər” sözü qeyd olunub.

“Bu söz Azərbaycan sərvətlərinin talanmasına bariz bir nümunədir. Talanan və aradan aparılan yalnız dil və mədəniyyətimiz deyil.

Bu haqq sözləri dilə gətirən bir çox mədəni fəallarımız bu gün zindanlardadırlar. Onları müdafiə etmək hamımızın borcudur”, – deyə vərəqələrdə bildirilib.

 





15.06.2022    çap et  çap et