Siyasətçinin sözlərinə görə, bu mitinq Maydana çevrilə bilər: «Biz bu mitinqi 28 mart tarixinədək kütləvi hərəkata çevirməyə israrlıyıq və ümid edirəm ki, biz İrəvanı Maydana çevirə biləcəyik».
Q.Baqratyan həmçinin ölkədə qəbul olunması gözlənilən pensiya yığım sistemi haqqında qanuna da tənqidi münasibət bildirib: «Yığım sistemi vasitəsilə insan ən yaxşı halda 8 il pensiya ala biləcək. Bu sarsaq qanun Ginnesin rekordlar Kitabına düşə bilər. Bu faktiki olaraq əhalinin soyulmasıdır. Əgər sözügedən qanun tətbiq olunarsa, bu nəinki hökumətin, o cümlədən prezident Serj Sərkisyanın istefasına və yeni parlament seçkilərinin keçirilməsinə gətirib çıxaracaq», - deyə erməni deputat əlavə edib.