Vaxt.Az

Birdən-birə 12.9 dollar


 

FED-in iclasından sonra qızıl bahalaşdı

Birdən-birə 12.9 dollar Qızılın qiyməti ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələrinin açıqlanması və tənzimləyicinin inflyasiya proqnozunu artırmasından sonra cümə axşamı səhər bahalaşıb.

Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersləri 12,9 dollar və ya 0,71 faiz bahalaşaraq 1 unsiyası üçün 1 832,5 dollar təşkil edib. Gümüşün iyul fyuçersləri isə 1,01 faiz artaraq 1 unsiyası üçün 21,673 dollar olub.

Xatırladaq ki, ötən gün FED-in iki günlük iclası başa çatıb. Martda tənzimləyici qurum cari il üçün inflyasiya proqnozunu 4,3 faizdən 5,2 faizə yüksəldib. May ayının nəticələrinə görə, ABŞ-da illik inflyasiya 1981-ci ildən bəri rekord səviyyəyə çataraq 8,6 faiz təşkil edib.

Qeyd edək ki, uçot dərəcəsinin artırılması qızılın bahalaşmasına, dolların isə zəifləməsinə səbəb olur. Bu, qızılı satınalmalar üçün daha çox əlçatan edir. (Report.az)

 





16.06.2022    çap et  çap et