Vaxt.Az

«Onları geri qaytarmaq istəyirik»


 

«Artıq 15 nəfəri gətirmişik»

«Onları geri qaytarmaq istəyirik» Azərbaycan Diplomatiya Akademiyasının (ADA) rektoru Hafiz Paşayev Bakıda keçirilən İnvestisiya Sammitində çıxış edib. Ölkədə orta təhsilin vəziyyətinə diqqət çəkən xarici işlər nazirinin müavini bildirib ki, Azərbaycanda orta ümumtəhsil məktəblərinin maliyyə strategiyası dəyişdirilməli, bu məqsədlə fərqli maliyyə mənbələri təklif edilməlidir.

Onun sözlərinə görə, məktəblərdə kurrikulumların daha da təkmilləşdirilməsinə və araşdırma fondlarının yaradılmasına ehtiyac var.

ADA-nın rəhbəri Azərbaycanın ali təhsil müəssisələrində peşəkar kadr çatışmazlığının olduğunu da deyib: «Sovet İttifaqı dağılanda yaxşı mütəxəssislər xaricə getdi. İndi biz təhsilin yenidən qurulması üçün xaricdən yüksək savadlı mütəxəssislər dəvət edirik.  Biz dünyanın ən qabaqcıl təcrübəsini öyrənməyə çalışırıq. Ən çətin iş odur ki, 15-20 il əvvəl Azərbaycandan gedən mütəxəssisləri ölkəyə qaytarmaq istəyirik və bunu edirik. Artıq 15 alimi geri gətirmişik və onlar bizim fakültələrdə əsas kadrlardır. Yeni iş başlayanda inqilab etməyə çalışırıq».

 





12.03.2014    çap et  çap et