İyunun 16-da dərc olunan hesabatda qurum bildirir ki, həm Rusiya, həm də Ukrayna avtomobil əleyhinə minalardan istifadə etsə də, Rusiya münaqişənin yeganə tərəfidir ki, mülki şəxsləri yaralayan və qida istehsalını pozan qadağan edilmiş piyadalar əleyhinə minalardan istifadə etdiyi sənədləşdirilir.
“Ukraynada minalardan istifadə” başlıqlı hesabatda Rusiya qüvvələrinin Ukraynaya işğalı başlayandan – fevralın 24-dən bəri istifadə etdiyi sənədləşdirilmiş yeddi növ piyadalar əleyhinə mina qeyd edilir.
19 səhifəlik hesabatda deyilir ki, Ukrayna Kiyevin 2005-ci ildə ratifikasiya etdiyi piyadalar əleyhinə minaları qadağan edən beynəlxalq müqaviləni imzalayan ölkə kimi üzərinə götürdüyü öhdəliklərə əməl edir.
“Rusiyanın bu silahları açıq şəkildə qadağan edən bir ölkədə bu minalardan amansızcasına istifadəsi presedentsizdir və güclü qlobal qınağa layiqdir”, – deyə təşkilatdan Stiv Qus bildirib.
“Piyadalar əleyhinə minalardan mülki insanların həyatı və dolanışıq vasitələri üçün qaçılmaz və uzunmüddətli təhlükə səbəbindən heç vaxt istifadə edilməməlidir”, – deyə o bildirib.
Rusiya 1997-ci ildə 164 ölkə tərəfindən ratifikasiya edilmiş Minaların Qadağası Müqaviləsinin iştirakçısı deyil. Müqavilə bu cür silahların istifadəsini qadağan etməklə yanaşı, ehtiyatların məhv edilməsini, minalanmış ərazilərin təmizlənməsini və qurbanlara yardımın göstərilməsini də tələb edir.
Hesabatda deyilir ki, Rusiya hətta Ukraynaya əsassız müdaxiləsindən dövlətə məxsus istehsalçıların yeni istehsal etdiyi bir neçə növ minaları sınaqdan keçirmək üçün istifadə edib. HRW bildirib ki, ilk dəfə 2021-ci ildə istehsal olunan belə bir mina xüsusilə təhlükəlidir.
Hesabat Moskvanı Ukraynada piyadalar əleyhinə minalardan istifadəni dərhal dayandırmağa çağırır. O, həmçinin Ukraynanı öz qüvvələrinin Minaların Qadağası Müqaviləsindən irəli gələn öhdəliklərinə əməl etməyə davam etməsini təmin etməyə çağırır.
“Əksər ölkələrin rədd etdiyi minaların hazırlanması və istehsalı mənəvi cəhətdən pis sərmayədir”, – deyə Qus qeyd edib.