Vaxt.Az

Rusların kəşfiyat qrupu ələ keçirildi


 

Qrup rəhbərinin üzərindən Ukrayna pasportu çıxıb

Rusların kəşfiyat qrupu ələ keçirildi Ukrayna təhlükəsizlik xidməti orqanlarının əməkdaşları Xersonda Rusiya ordusunun kəşfiyyat qrupunu aşkar edərək həbs ediblər.

Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, Təhlükəsizlik Xidmətinin məlumatına görə, rusiyalı kəşfiyyatçılar Xersona Krım ərazisindən keçiblər. Kəşfiyyatçıların əsas məqsədi vəziyyəti öyrənib operativ məlumat vermək, həmçinin Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi yerləri və onların hazırlıq vəziyyəti barədə məlumat əldə etmək olub.

Kəşfiyyat qrupunun artıq Xersonda Ukraynaya məxsus bir neçə hərbi hissə barədə məlumat əldə etdikləri bəlli olub.

Kəşfiyyat qrupunun rəhbəri qeyri-qanuni olaraq Ukrayna vətəndaşı pasportu gəzdirib.

 





12.03.2014    çap et  çap et