Vaxt.Az

Maduronun Bakı səfərinin gizlinləri


 

Avropanın neft-qaz təchizatı Azərbaycandan asılıdır

Maduronun Bakı səfərinin gizlinləri Venesuela Prezidenti Nikolas Maduronun Azərbaycana səfəri maraqlı nüansları ortaya çıxarıb. Alman mətbuatının yazdığına görə, Venesuela Avropanın neft və qaz təchizatında Rusiyanın yerini tutmalıdır. Venesuela neftinin Avropaya ilk ixracı İyul ayında baş tutacaq.

Bu layihənin əsas müəlliflərinin ABŞ və Böyük Britaniya olduğu söylənir. Mart ayında Baydenin təhlükəsizlik müşaviri Xuan Gonzalesin Karakasa səfəri zamanı Venesuelaya qarşı Amerika sanksiyalarının yumşaldılması müzakirə olunub. Bu danışıqların müsbət nəticələndiyi artıq hiss olunur. ABŞ prezidentinin və Böyük Britaniyanın baş nazirinin dövlət başçımız İlham Əliyevə ünvanlanmış dost mesajları deməyə əsas verir ki, bu layihədə Azərbaycan da var və layihənin baş tutması ümumilikdə Azərbaycandan asılıdır.

İtaliyanı Enerji konserni “Eni” və İspaniyanın neft şirkəti “Repsol” iyul ayından başlayaraq, Venesuela neftini Avropaya daşıyacaqlar.

Ancaq Venesuela nefti Avropanın neftə olan ehtiyacının yarısını ödəmək gücündədir. Digər yarısı isə Azərbaycan və müttəfiqlərinin öhdəsinə düşəcək.

İndiki həlledici məqamda Dünya liderlərinin əsas tərəfdaşı Azərbaycan lideridir. Rusiyanın Avropaya qaz ixracının qarşısı alınır, Moskvanı əvəz edə biləcək 2 ölkə üzərində iş gedirdi. Biri Venesuela, ikincisi İran. Yəhudi lobbisinin ciddi səyləri nəticəsində İran kartı bağlandı, Venesuelaya isə yaşıl işıq yandırıldı.

Bakıda baş tutacaq danışıqlar müsbət nəticələnərsə, Venesuela gündəlik neft hasilatını 820 000 bareldən 2 milyon barelə qədər yüksəldə bilər. Məhz bundan sonra Rusiya - Ukrayna böhranına son veriləcək.

 





17.06.2022    çap et  çap et