Vaxt.Az

3-cü Dünya müharibəsi an məsələsi


 

Qərb ölkələri artıq Çindən investisiyalarını çəkməyə başlayıb

3-cü Dünya müharibəsi an məsələsi Dünən Çin ordusunun komandanlığına xaricdə hərbi əməliyyatlar aparmaq yetkilisi verilib. Xüsusi dekret bu gün qüvvəyə minib.

Çin rəhbərliyi bu dekretlə digər dövlətlərə mesaj da göndərib. Ada dövləti Tayvanın öz müstəqilliyini elan edəcəyi gözlənilir. Tayvan müstəqilliyini elan etdiyi təqdirdə Çin ordusu Tayvana yeriyəcək və Tayvanın müstəqilliyini tanıyacaq hər bir ölkəyə qarşı müharibə elan olunacağı dekretdə açıq mətnlə yazılıb. 

Qərb Tayvanı bu addımı ertələməyə çalışır. Tayvan krizi başlarsa, 3-cü Dünya müharibəsi təhlükəsi də reallaşa bilər. Pekin Moskva alyansının NATO alyansına qarşı açıq müharibə ehtimalı yüksək olacaq.

Qərb ölkələri artıq Çindən investisiyalarını çəkməyə başlayıblar. Çıxarılan maliyyə kapitalı Singapura və Vyetnama yatırılır. Artıq Vyetnam qərb investorlarının diqqətini çəkməkdədir. 

Bir günlük orta qida xərcinin təxminən 1 dollara başa gəldiyi Vyetnam yeni biznes vadisinə çevrilməkdədir.

 





17.06.2022    çap et  çap et