Vaxt.Az

Qızıl bahalaşdı


 

Və qiymətin daha da artacağı gözlənilir

Qızıl bahalaşdı Dünyada qızılın qiymətləri sürətlə artmaqdadır. Səbəb son makroiqtisadi göstəricilərin dərcindən sonra investorların ABŞ iqtisadiyyatına etibarının azalması ilə bağlıdır.

Nəticədə qlobal bazarda maliyyə vəsaitləri ABŞ-ın qiymətli kağızlarının yox, qızılın alınmasına yönəldilir.

AzVision.az-ın xəbərinə görə, hazırda qızılın hər unsiyasının qiyməti 1355 dollara çatıb. 

Bir çox investorlar gözləyirdilər ki, ABŞ-da faiz dərəcələri artacaq, qızılın qiyməti isə azalacaq. Amma ilin əvvəlindən əks proses gedir. 

Ekspertlər qızılın növbəti hədəfinin 1 unsiyanın 1430 dollara olduğu qənaətindədirlər.

 





12.03.2014    çap et  çap et