Vaxt.Az

Erməni general həbs edilib


 

Arutyunyanın baha qiymətə aldığı ucuz texnika yararsız çıxıb

Erməni general həbs edilib Ermənistan Silahlı Qüvvələri Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan həbs edilib. Məlumatı “Aysor” yayıb. Bildirilib ki, o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin araşdırdığı cinayət işi üzrə saxlanılıb.

Məlumata görə, genişmiqyaslı istintaq və məhkəmə tədbirləri nəticəsində müəyyən edilib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən imzalanmış müqavilə əsasında tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri, təchizatçı şirkətin direktor müavini Armen Arutyunyan ilə Ermənistan Müdafiə Nazirliyindən xüsusilə külli məbləğdə maliyyə vəsaitini mənimsəmək məqsədilə Çexiya istehsalı olan bir milyon dollar dəyərində artilleriya sistemi alınıb.

Halbuki onun qiyməti daha ucuz olub. 

Başqa bir iddiaya əsasən, 1 milyon 83 min dollar məbləğində imzalanan müqavilə nəticəsində tədarük edilən artilleriya sisteminin isə döyüş tapşırıqlarnın icrasında yararsız olduğu aşkarlanıb. Onun imzası ilə alınan silah və texnikadan 44 günlük müharibədə istifadə etmək mümkün olmayıb.

 





17.06.2022    çap et  çap et