Vaxt.Az

Qırıcı qəzaya uğrayıb


 

İran bir ay ərzində ikinci hərbi təyyarəsini itirdi

Qırıcı qəzaya uğrayıb İsfahanda İranın qırıcı təyyarəsi qəzaya uğrayıb. Bu barədə İran ordusunu İsfahan əyalətindəki bölməsinin ictimai əlaqələr bölməsinin başçısı Rəsul Mötəmidi məlumat verib.

Onun sözlərinə görə, hadisə yerli vaxtla səhər saat 10:30-da baş verib. Qəzaya uğrayan F14 tipli qırıcı təyyarədir.

Rəsul Mötəmidi missiya zamanı döyüş təyyarəsinin mühərrikində texniki nasazlıq yarandığını, pilot və ikinci pilotun paraşütlə yerə endiyini deyib.

Mötəmidi paratüştlə yerə enən pilotların yaralandıqlarını və müalicə üçün xəstəxanaya yerləşdirildiklərini qeyd edib.

Qeyd edək ki, bundan öncə mayın 24-də İsfahanın Ənarək bölgəsində İranın İran Hava Qüvvələrinə məxsus daha bir F7 tipli qırıcı qəzaya uğramış və onun pilotları mayor Qasım Zamani və leytenant Məhəmmədcavad Bayin ölmüşdülər.

 





18.06.2022    çap et  çap et