Conson ölkəsinin Ukraynanı hansı yardımla təmin edəcəyinin təfərrüatlarını paylaşmayıb.
Kiyev Qərb ölkələrinə daha çox ağır artilleriya, o cümlədən haubitsalar və raketatanlar göndərmələri üçün çağırış edir və Rusiyanın Ukrayna ilə müqayisədə 10-a 1 fərqlə silah üstünlüyünə sahib olduğunu deyir.
Ekspertlərin fikrincə, Rusiya daha böyük silah gücünə malik olduğuna görə Ukrayna Donbasda yavaş-yavaş ərazilərini itirir.
Buna baxmayaraq, Ukrayna qüvvələri şiddətli müqavimət göstərməyə davam edirlər.
Moskva fevralın 24-də hərbi müdaxiləyə başlayandan bəri Kiyevə ikinci dəfə səfər edən Conson deyib ki, Rusiya qüvvələri “ağır itkilər verirlər”.
Consonun səfəri Almaniya, Fransa, İtaliya və Rumıniya liderlərinin dəstək nümayişi olaraq Ukraynaya ziyarətindən bir gün sonraya təsadüf edib.
Almaniya kansleri Olaf Şolts iyunun 17-də Berlində bir müsahibəsində bildirib ki, o, müharibəyə son qoymaq cəhdi olaraq Rusiya Prezidenti Vladimir Putinlə açıq xətt saxlayır, ancaq O, Moskvanın sülh şərtlərini diktə edə bilməyəcəyini deyib.
O deyib ki, o, Putinə “torpaq oğurlaya biləcəyini və vaxt keçdikcə hər şeyin normala çevriləcəyini düşünürsənsə”, – səhv etdiyi söyləyib.