Maks Ferstappenə gəldikdə poul alması gözlənilirdi. Karlos Sayns isə… günü gündən gözümdən düşür. Bir adam niyə bu qədər zəif olsun? Bir stabil dövrə ata bilmədi sıralanma turu ərzində.
Günün ağılsızı isə Rasselldir. Döngələr suyun içində idi. Niyə quru təkərlərinə keçdi? Amma eyni təkərlərdə yenə Həmiltonu şapalaqlayırdı. Heyif, öz səhvindən bəlkə də, 3-cü yeri verdi.
Bottas isə yenə də Çjouya uduzdu. Digər tərəfdə Mik Şumaxer də yağışda gözlədiyimdən yaxşı idi. Sabah ilk xallarını alarmı? Arxadan onu Peres, Lekler və Rassell keçəcək. Qalanı özündən asılıdır.
Günün gözlənilməz nəticəsi Fetteldən gəldi. Bəlkə də, “Aston Martin” sabahkı yarışa sırf quru sazlanması ilə hazırlanıb. Görək.
Peresdə bu həftə bir az sınma müşahidə etdim. Siz də etdiniz?