Bu barədə “Politico” ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. O da qeyd olunur ki, bu qərar hələ də Ağ Ev tərəfindən təsdiqlənməlidir.
Bundan başqa “Politico” yazır ki, Böyük Britaniya və Almaniya da Amerika istehsalı olan daha üç oxşar M270 sistemini Ukraynaya veriləcəyi bildirir.
HİMARS və M270 80 kilometrə qədər məsafədəki hədəfləri vura bilir ki, bu da Rusiyanın çoxsaylı reaktiv yaylım atəşli sistemlərinin atış məsafəsindən çoxdur.
Onun Ukrayna ordusuna, xüsusən də Rusiyanın hazırda əhəmiyyətli üstünlüyə malik olduğu artilleriya qarşıdurmasında kömək edəcəyi güman edilir.
Nəzəri cəhətdən məhvetmə radiusu daha yüksək ola bilərdi, lakin ABŞ Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək ehtimalının mümkün ola biləcəyini əsas gətirərək Ukraynaya məhvetmə radiosu daha yüksək olan müvafiq döyüş sursatı verməyəcəyini bildirib.
Ukrayna daha çox sayda reaktiv yaylım atəşi sistemi istəyir. Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak cəbhədə Rusiya ilə paritet əldə etmək üçün Ukrayna ordusuna bir neçə min ağır texnika o cümlədən 300 reaktiv sistemin lazım olduğunu deyib.
İndi Ukrayna hərbçiləri HIMARS sistemlərinin istifadəsi üzrə təlimləri başa vurur. Bundan əlavə, müasir Qərb silahlarının təmiri və texniki xidmət sistemini təşkil etmək lazımdır.
Məlumatlarda həmçinin vurğulanır ki, ABŞ Ukraynaya çoxsaylı raket sistemləri ilə zərbələr endirmək üçün kəşfiyyat məlumatı göndərəcəyini vəd edib.