Hər iki ölkə iyunun 18-də xilasetmə işlərinə kömək etmək üçün ordularını çağırıblar. Bu həftə sonu daha çox daşqın və yağışların olacağı gözlənilir.
Fəlakətlərin idarə olunması agentliyi məlumat verib ki, Hindistanın Assam ştatında doqquz nəfər ölüb, 2 milyon yaxın insanın evləri suyun altında qalıb.
Rəsmilər deyib ki, qonşu Banqladeşin bəzi hissələrində çaxan ildırımlar iki gün ərzində azı 15 nəfərin ölümünə səbəb olub.
Paytaxt Dəkkədə daşqınların proqnozlaşdırılması və xəbərdarlıq mərkəzinə əsasən, Banqladeş boyu çaylarda suyun səviyyəsi təhlükəli həddə çatıb.
Hökumət Banqladeşdə daşqınların 2004-cü ildən bəri ölkədə baş verən ən pis daşqınlar kimi təsvir edib.
“Ölkənin şimal-şərqinin böyük bir hissəsi suyun altındadır, güclü leysanlar davam etdiyi üçün vəziyyət pisləşir,” Banqladeşin Silhet bölgəsinin baş administratoru Məhəmməd Möşərrəf Hüseyin deyib.
Banqladeş və Hindistanda son illərdə artan ekstremal hava şəraiti ilə üzləşib.
Ətraf mühit mühafizəçiləri xəbərdarlıq edib ki, iqlim dəyişikliyi, xüsusilə də əhalinin sıx məskunlaşdığı Banqladeşin alçaq ərazilərində daha çox fəlakətlərə səbəb ola bilər.