Vaxt.Az

“Bizim olan hər şeyi geri qaytaracağıq”


 

“Rusiyanın bizim xalqımızın yaşamaq arzusu qədər raketi yoxdur”

“Bizim olan hər şeyi geri qaytaracağıq” “Biz cənubu heç kimə verməyəcəyik, özümüzə məxsus olan hər şeyi geri qaytaracağıq”, – deyən Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü Rusiya qüvvələrinin ərazini darmadağın etdiyi Nikolayev və Odessaya səfərindən sonra bazar günü deyib.

Zelenski bildirib ki, cənub bölgələrindəki itkilər “əhəmiyyətli”dir, çoxlu dağılmış evlər, mülki maddi-texniki təchizatın pozulması və bir sıra sosial problemlər var. O, hər şeyin bərpa olunacağına inandığını dilə gətirib.

“Rusiyanın bizim xalqımızın yaşamaq arzusu qədər raketi yoxdur”, – deyə prezident əlavə edib.

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynadakı müharibəsinin uzun və baha başa gələ biləcəyi barədə xəbərdarlıq edib. O, Almaniyanın “Bild am Sonntag” qəzetinə deyib: “Biz bunun illər çəkə biləcəyinə hazırlaşmalıyıq. Ukraynanı dəstəkləməkdən əl çəkməməliyik”. O əlavə edib: “Xərclər təkcə hərbi dəstəyə görə deyil, həm də artan enerji və ərzaq qiymətləri səbəbindən yüksəkdir”.

Böyük Britaniyanın baş naziri Boris Conson da xəbərdarlıq edib ki, Ukraynadakı müharibə uzun sürə bilər və Ukrayna işğalçıdan daha sürətlə silah, avadanlıq, sursat və təlim almalıdır.

Bu arada Almaniya kansleri Olaf Şolts Almaniyanın DPA xəbər agentliyinə verdiyi müsahibədə Ukraynanın G-7-nin aparıcı demokratik ölkələrindən “lazım olduğu müddətcə” dəstək alacağını deyib.

 





19.06.2022    çap et  çap et