Mövsümün 9-cu yarışında 6-cı qələbə, 7-ci podium - digər iki yarışda isə fini görməyib: deyəsən, bu il Maks Ferstappen titulunu müdafiə edən azsaylı sürücülər siyahısına adını yazacaq.
Yarış darıxdırıcı idi, ötmələr minimum idi, amma Təhlükəsizlik Maşını son dövrələrdə gərgin mübarizə bəxş etdi “Formula 1” həvəskarlarına.
Təəssüf ki, Karlos Sayns ciddi bir hücum təşkil edə bilmədi - özü demişkən, sürəti (ya da cürəti) çatmadı. Yerinə Lekler olsaydı nə olardı – bu qeybi məsələdir və biz buna qarışmırıq).
“Mercedes” yenə də sübut etdi ki, iki top komandanın problemlərindən maksimum yararlanır - uzun fasilədən sonra Hamilton komanda yoldaşını üstələdi. Ümumiyyətlə, bu həftəsonu Luis sürətli idi - sonda da uzun müddət liderlərin tempində sürdü, hətta Lekler onlara çata bilmədi
Dünən qeyd etmişdim ki, Alonsonun barıtı barədə - bir atımlıq oldu: Okon da onu qabaqladı, sonra cərimə və yekunda yalnız 9-cu yer. Əvəzində “Alfa Romeo” 2 maşınla xal qazandı.
Günün sürücüsü Lekler seçildi – yarışda yaddaqalan heç nə etməsə də...
çap et