Vaxt.Az

“Fransanı dalana dirəyiblər”


 

“Parlament seçkiləri Makronun siyasətinin uğursuzluğunu göstərir”

“Fransanı dalana dirəyiblər” “Fransada keçirilmiş parlament seçkilərinin ilkin nəticələri Prezident Emmanuel Makronun siyasətinin uğursuzluğuna dəlalət edir”. Bu sözləri “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” (“Nupes”) solçu koalisiyasının rəhbəri Jan-Lyuk Melanşon bildirib.

“Bu, ilk növbədə, hər kəsə sonsuz dərs verən, özlərini ifrat sağa maneə adlandıran insanların məğlubiyyətidir”, – o deyib.

Melanşon əlavə edib ki, Makron tərəfdarları nəinki özləri uduzublar, həm də “Fransanı dalana dirəyiblər”.

O vurğulayıb ki, heç bir siyasi qüvvə parlamentdə lazımi səs çoxluğu əldə edə bilməyəcək.

Qeyd edək ki, Emmanuel Makronun "Birgə!" koalisiyası Milli Məclisdə yerlərin mütləq əksəriyyətini qazana bilməyib.

 





20.06.2022    çap et  çap et