Pars Xüsusi Enerji Məntəqəsi Təşkilatının təftiş idarəsinin rəhbəri Muxtar Cavanzadə bildirib ki, naməlum şəxs və ya şəxslər hasarı aşaraq yoxlama bölməsinə daxil olub və idarənin ofisinə yandırıcı maddələr ataraq müdir və idarə rəisinin ofislərini yandırıblar.
Bu son aylar İranın enerji obyektlərinə neçənci hücumdur və bundan öncə də oxşar hadisələrdə enerji obyektləri və neft-kimya təsisatları yandırılıb.
Tehran rəsmiləri baş verən partlayış, yanğın və hücumların “naməlum şəxslər” tərəfindən həyata keçirildiyini, günahkarların saxlanılması ilə bağlı əməliyyat aparıldığını bildiriblər.
Buna baxmayaraq, rəsmi qurumların bu istiqamətdə bütün cəhdləri uğursuz olub.