Vaxt.Az

Büdcədə neftin qiyməti 70 faiz artırılır


 

Milli Məclisin komitələrində müzakirələr başlayıb

Büdcədə neftin qiyməti 70 faiz artırılır Azərbaycan hökuməti 2022-ci ilin dövlət büdcəsində neftin qiymətini artırmağa hazırlaşır.

Hazırda qüvvədə olan büdcə haqqında qanunda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dollarından götürülüb. Bu rəqəmin 35 dollar artırılaraq 85 dollara çatdırılması nəzərdə tutulur. Hazırda bununla bağlı layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilir.

Layihədə büdcənin gəlir və xərclərinin də artırılması nəzərdə tutulur. Mövcud sənəddə gəlirlər 26 milyard 816 milyon manat, xərcləri isə 29 milyard 879 milyon manat proqnozlaşdırılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müzakirələr zamanı deyib ki, bu ilin beş ayında Azərbaycan neftinin orta ixrac qiyməti bir barelə görə 106.3 dollar təşkil edib.

Hazırda Azərbaycan neftinin bir bareli 120 dollardan yüksəkdir.

 





20.06.2022    çap et  çap et