“Əgər bir gün kimsə Şərqi Azərbaycanda səhralaşma olacağını desəydi kimsə buna inanmazdı. Ancaq bu gün Urmiya gölü su hövzəsində artıq səhranın olduğunu görürük”, – deyə Fəthi bildirib.
O, gölün su hövzəsində indiki şəraitin davam edəcəyi təqdirdə səhralaşmanın daha da genişlənəcəyini deyib.
Əkbər Fəthi su qaynaqlarının məhdudlaşmasının əkinçilik sahəsini təhdid edən torpaq və su qaynaqlarının tükəndiyini söyləyib və bunun nəticəsində əyalətin kənd təsərrüfatı məhsullarının 50 faizi təmin edən Urmiya gölü su hövzəsində ciddi quraqlığın başladığını qeyd edib.
Qeyd edək ki, özəlliklə son vaxtlar quraqlıq, Urmiya gölünün quruması nəticəsində bölgənin bitki örtüyü ciddi şəkildə məhv olub və ətraf əyalətlərdə toz və duz fırtınaları ekoloji problemlərə gətirib çıxarıb.