Vaxt.Az

Yersiz gəldi yerli qaç?


 

Qərbi Azərbaycana yerləşmiş kürd köçkünlər yerli əhalini qovmağa çalışır

Yersiz gəldi yerli qaç? Qərbi Azərbaycan əyalətinin Ağcaqala kəndinin əhalisi etnik kürdlərin onları silah və zor gücünə bölgədən deportasiya etməyə çalışdığını bildirib.

Kəndlilər Ağcaqala ətrafına sonradan yerləşən köçkünlərin əsasən silah və narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu, yerli əhalinin əkin və bağ sahələrinə xəsarət yetirdiyini, bölgə əhalisini təhdid edərək oradan köçmələrinə çalışdığınıı deyiblər.

“Bizi əzəldən burada yaşamağımıza, daima əmək fəaliyyəti ilə məşğul olmağımıza baxmayaraq, adi avtomobil ala bilmirik. Ancaq sonradan bölgəyə gələn köçkünlər ən bahalı avtomobilləri alır, bizim ərazilərimizi zəbt edir və mal-heyvanlarımızı oğurlayırlar”, – deyə ağcaqalalılardan biri bildirib.

Son bir neçə gün ərzində demək olar ki, bütün kürd televiziya kanalları, saytları və sosial media qrupları Yaz bayramı şənliklərindən Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddiaları irəli sürmək fürsəti kimi yararlanmağa çalışıblar.

Hətta özlərini solçu-kommunist adlandıran kürd təşkilatları Azərbaycanın Urmiya, Piranşəhr, Sərdət, Soyuqbulaq, Tikantəpə kimi şəhərlərini “kürd torpaqları” adlandırıb, burada kürdlərin Yaz bayramı keçirdiklərini iddia ediblər.

 





20.06.2022    çap et  çap et