Vaxt.Az

Raket bazasına hücum təsdiqləndi


 

Məhəmmədrza Həsəni Ahəngər “Parçin”ə edilən hücumda öldürülüb

Raket bazasına hücum təsdiqləndi İranda ballistik raketlər istehsal edən “Parçin” hərbi sənaye mərkəzi və bazasına hücum edilməsi ilə bağlı xəbər təsdiq olunub.

İran İnqilab Keşikçiləri Korpusuna bağlı “İmam Hüseyn” Universitetinin komandiri Məhəmmədrza Həsəni Ahəngər məsələ ilə bağlı SEPAH-a aid “Təsnim” xəbər agentliyinə açıqlama verib.

“Bu gün biz Silahlı Qüvvələrin laboratoriyalarında istehsalat və sənaye təxribatının şahidi olduq, qabaqcıl laboratoriya avadanlıqlarımızın məhv edilməsi üçün səylər göstərildi”-deyə, o bildirib.

Həsəni Ahəngər Müdafiə Nazirliyinin ölən mütəxəssisinin birbaşa hədəf alınmadığını, onun hərbi sənaye müəssisəsinə edilən təxribat nəticəsində həlak olduğunu deyib.

Qeyd edək ki, 25 may tarixində İran mediası Müdafiə Nazirliyinin mütəxəssisi Əlirza Qədbeyginin həlak olduğu barədə məlumat yaysalar da, onun ölüm səbəbləri açıqlanmamışdı.

“İmam Hüseyn” Universitetinin komandiri Məhəmmədrza Həsəni Ahəngərin iyunun 20-də verdiyi açıqlamadan “Parçin”ə hücum edildiyi və Qədbeyginin hücum nəticəsində həlak olduğu bəlli olub.

 





20.06.2022    çap et  çap et