Onlar Azərbaycanda barələrində cinayət işi açılaraq həbs edilən radikal şəxslərin aclıq aksiyası keçirmələrini işıqlandırıb, Azərbaycan hakimiyyətinmi “sionizmə xidmət” etməkdə ittiham ediblər.
SEPAH-ın media qurumları təhdid dolu məlumatlar paylaşaraq Azərbaycanı etdiyi işə görə peşman etməyə məcbur olacağı barədə yazılar dərc ediblər.
Bununla yanaşı İran Dövlət Televiziyasının 3-cü şəbəkəsi “Azərbaycanı şiəliyə qarşı müharibə elan etməkdə” ittiham edib, bunun İsrailin təhriki ilə həyata keçirildiyini iddia edib.
“Təəssüflə ikinci Qarabağ müharibəsi zamanı şiəliyə qarşı mübarizə ilə bağlı Azərbaycan dövlətinin sionist rejim qarşısında öhdəlik götürdüyü görünür”, – deyə Qafqaz məsələləri üzrə mütəxəssis Əhməd Kazimi İran Televiziyasının 3-cü şəbəkəsindəki çıxışında iddia edib.
SEPAH-a bağlı media orqanları isə İran Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının əməlləri qarşısında susduğunu tənqid edib və ciddi diplomatik addımların atılmasını təklif edib.