Vaxt.Az

Bir nəfər ölüb, başqa biri komaya düşüb


 

Güney Azərbaycanda xeyli insan spirtli içkidən zəhərlənib

Bir nəfər ölüb, başqa biri komaya düşüb Ərdəbil əyalətinin Təcili Yardım Mərkəzinin Məcid Məhəmməd Qəribiyaninin verdiyi məlumata görə, Xiyav (Meşgin) şəhəeində 12 nəfər spirtli içkidən zəhərlənib.

Onun sözlərinə görə, zəhərlənənlər xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb, biri isə komaya düşüb.

Qəribiyani zəhərlənmənin ad günü qonaqlığında texniki spirtdən hazırlanmış içkilərdən istifadə nəticəsində baş verib.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğu üçün gizli və qeyri-standart şəkildə evlərdə hazırlanan spirtli içkilər hər il yüzlərlə insanın zəhərlənməsinə və çox sayda vətəndaşın ölməsinə səbəb olur.

 





21.06.2022    çap et  çap et