Vaxt.Az

Turan Konfederasiyası reallaşır


 

6 dövlət, 1 millətin quracağı birliyin əsas məqsədi potensial xarici təhdiddən müdafiədir

Turan Konfederasiyası reallaşır COVİD-19 pandemiyası və Ukrayna böhranından sonra qurulan yeni dünya düzənində Azərbaycanın mövqeyi daha da möhkəmlənir. Azərbaycan bəlkə də yeganə ölkədir ki, pandemiyadan qazanclı çıxıb, ərazi bütövlüyünü reallaşdırıb.

Ukrayna böhranından da uduşlu çıxırıq. Rusiyanın getdikcə izolyasiyası Türkiyə Azərbaycan birliyini önə çıxarır. 

“Bir millət iki dövlət” prinsipi ABŞ və Böyük Britaniyanın “bir millət, iki supergüc” prinsipi qədər möhkəmdir. Vaşinqtondan Londona istiqamətlənən cərəyanların axmağa yeri olmasa da, Ankaradan Bakıya axan cərəyanlar asanlıqla Daşkəndə, Astanaya, Bişkekə, Aşqabada və Duşənbəyə istiqamətlənə bilir.

Geopolitik maraqların kəsişdiyi Özbəkistan böyük dünya güclərinin maraq dairəsində durub. Prezidentimiz İlham Əliyevin  Daşkəndə səfərini bu maraq sahiblərinə bir mesaj olmaqla yanaşı “bir millət iki dövlət” prinsipini “bir millət altı dövlət”ə çevirmək yolunda atılan uğurlu addım saymaq olar. 

Artıq Azərbaycan beynəlxalq oyunçular liqasının həlledici komandalar liqasında öz yerini tutub. İlham Əliyevin krizləri Azərbaycanın xeyrinə yönəltmək bacarığı öz bəhrəsini verməkdədir. 

Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğzıstan – bu 6 dövlət bir millətin quracağı birliyin əsas məqsədi potensial xarici təhdiddən müdafiə ilə yanaşı, Turan Konfederasiyasını reallaşdırmaqdır.

 





21.06.2022    çap et  çap et