Vaxt.Az

4 ayda ötən ilki qədər vergi


 

Xarici neft şirkətləri dövlət büdcəsinə ödənişi 5 dəfəyə yaxın artıb

4 ayda ötən ilki qədər vergi Azərbaycanda Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) üzrə fəaliyyət göstərən neft-qaz şirkətləri 2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 1 milyard 168,3 milyon manat gəlir vergisi ödəyiblər.

“2022-ci ilin yanvar-aprel ayları üçün bu şirkətlərdən Azərbaycanın dövlət büdcəsinə gəlir vergisi ödənişləri proqnozu 239 milyon manat olduğu halda, faktiki ödənişlər 1 milyard 168,3 milyon manat təşkil edib, yəni proqnoz göstəricilərini 4,9 dəfə üstələyib”, – AR Hesablama Palatası bildirir.

Bu vəziyyət hesabat dövründə neftin qiymətinin yüksək olması ilə bağlı olub.

2021-ci ildə neft-qaz şirkətləri tərəfindən Azərbaycanın dövlət büdcəsinə 1 milyard 44,3 milyon manat gəlir vergisi ödənilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra neft və qaz yataqlarının işlənməsinə dair PSA tipli 36 müqavilə imzalayıb.

 





21.06.2022    çap et  çap et