***
Agentliyin iyunun 21-də yaydığı bəyanatda deyilir ki, Almatı Şəhər Prokurorluğu iddianı qəbul edib və hazırda onu tədqiq edir. Keçmiş prezidentin qardaşına cinayət işi açılmasına sonra qərar veriləcək.
Qurum iddianı kimin qaldırdığını açıqlamayıb. Ancaq yerli media Nazarbayev və onun keçmiş həyat yoldaşı Maira Qurmanğalıyevaya qarşı iddianın təşəbbüskarının Nurşa Kakenov olduğunu yazır.
69 yaşlı Bolat Nazarbayev yanvarın əvvəlində hökumətə qarşı etirazlar vaxtı Qazaxıstandan qaçıb, hazırda Dubayda olduğu güman edilir.
81 yaşlı Nursultan Nazarbayev və klanı yanvar etirazlarından sonra gücünü və nüfuzunu itirib. Həmin etirazlarda azı 230 nəfər öldürülüb, minlərlə insan yaralanıb.
***
2019-cu ildə prezident postundan gedən Nazarbayev Qasım-Comərd Tokayevi öz varisi seçib. Ancaq o, Təhlükəsizlik Şurasının başçısı səlahiyyətini saxlayırdı, Elbaşı titulu vardı. Onun çoxsaylı qohumları hökumətdə, təhlükəsizlik agentliklərində, gəlirli enerji qruplarında mühüm postlar tuturdular.
Yanvarda yanacağın bahalanmasına etirazlar sonradan bütün ölkəyə yayıldı. Tokayev Nazarbayevi Təhlükəsizlik Şurasındakı postdan uzaqlaşdırdı, yerinə özü keçdi.
Etirazlardan bir neçə gün sonra Nazarbayevin iki kürəkəni böyük dövlət şirkətlərində aparıcı postlardan uzaqlaşdırıldılar.
Nazarbayevin bir sıra qohumları, ailəyə yaxın olanlar ya vəzifədən çıxarılıb, ya da istefa verib. Onlardan bəziləri korrupsiya ittihamları ilə həbs olunub.
İyunun əvvəlində Tokayevin təşəbbüsü ilə keçirilən referendum nəticəsində konstitusiyadan Nazarbayevlə bağlı maddələr çıxarılıb.