ABŞ-ın NBC televiziya kanalına müsahibə verən Kremlin sözçüsü Dmitri Peskov həmçinin deyib ki, iki aydır Rusiyada saxlanılan ABŞ-ın basketbol ulduzu Brittni Qrayner narkotiklə əlaqədar ittihamlarda təqsirli bilinir və girov deyil.
Peskovun bu açıqlaması ABŞ-da Alabama ştatının Hartsel şəhərindən 27 yaşlı Andi Huyn və Taskalusa şəhərindən 39 yaşlı Aleksandr Drük olduğu bildirilən iki nəfərin saxlandığına və istintaq altında olduğuna dair ilk etirafdır.
“Onlar muzdlu əsgərlərdir. Onlar Ukrayna ərazisində qanunsuz əməllərlə məşğul idilər. Onlar bizim hərbi personalımızı atəşə tuturdular. Onların həyatını təhlükəyə atırdılar”, – Peskov deyib.
“Onlar törətdikləri cinayətlərə görə məsuliyyət daşımalıdırlar. Həmin cinayətlər araşdırılmalıdır… Aydın olan tək bir şey odur ki, onlar cinayətlər törədiblər. Onlar Ukrayna ordusunun əsgərləri deyil. Cenevrə Konvensiyaları onlara şamil olunmur”.
Ailə üzvləri ötən həftə deyib ki, həmin işi şəxs Ukraynaya könüllü döyüşçü olaraq gedib və orada itkin düşüb.
Rusiya mediası keçən həftə onların Ukraynada döyüşərkən ələ keçirildiyini göstərən şəkilləri paylaşıb.
Peskov onların harada saxlanıldıqlarını açıqlamayıb.
İndiyə kimi artıq iki britaniyalı və bir mərakeşli şəxsə muzdlu olduqları və hərbi əsirlərə aid Cenevrə Konvensiyasının onlara şamil olunmadığı iddiası ilə Donetksdə separatçıların yurisdiksiyasına olan məhkəmə tərəfindən hökm oxunub.
Kiyev məhkəmə qərarını pisləyib və onun heç bir səlahiyyətinin olmadığını, döyüşçülərin isə Ukrayna silahlı qüvvələrinin üzvləri olduqları və bu səbəblə də Cenevrə Konvensiyaları müdafiələrinin onlara şamil oldunduğunu bildirib.
Moskva əməllərini Ukraynanı silahsızlaşdırmaq və faşistlərdən qorumaq üçün“xüsusi hərbi əməliyyat” adlandırır. Ukrayna və Qərbdəki müttəfiqləri deyir ki, faşist iddiası əsassızdır və müharibə səbəbsiz təcavüz aktıdır.
***
Peskov deyib ki, Rusiyaya basketbolu təbliğ etmək üçün gedən Qrayner narkotik maddələrin idxalını qadağan edən qanunlar altında mühakimə olunur.
“Rusiya dünyada bu sahədə kifayət qədər sərt qanunlara malik olan yeganə ölkə deyil... Bu, qanunla qadağandır. Bununla bağlı heç nə edə bilmərik”, – Peskov NBC-yə bildirib.
O, Rusiyaya fevralda gələn Qraynerin girov saxlandığına dair fikirlə “qəti razılaşmayıb.”
“Biz onu girov adlandıra bilmərik. Biz nə üçün onu girov adlandırmalıyıq? O, Rusiyaya qanunu pozub və indi mühakimə olunur. Söhbət girov olmaqdan getmir”.
Rusiyanın gömrük rəsmiləri deyir ki, Qraynerin baqajında içində xəşxəş yağı olan elektron siqaret tapılıb.
ABŞ Dövlət Departamenti may ayında Qraynerin haqsız yerə həbs edildiyini müəyyən edib və onun azad edilməsi üzərində işləmək üçün diplomatlar təyin edib. Onun həyat yoldaşı Şerell Qrayner onun siyasi alət olduğunu deyib.