İyunun 18-də axşam üç kəndə hücum 2012-ci ildə Malidə münaqişə başlayandan bəri ən qanlı hücumlardan biridir.
Hökumətin bəyanatını bazar ertəsi axşam dövlət televiziyası ORTM-də aparıcı Mariam Kone oxuyub. O deyib ki, hökumət dinc əhaliyə qarşı hücumları və sui-istifadələri ən sərt şəkildə pisləyir.
Kone deyib ki, hökumət bu cinayət əməllərini törədənlərin tapılıb məhkəmə qarşısına çıxarılması üçün bütün tədbirlərin görüləcəyinə əmindir.
Moptidəki hücum Malidə və qonşu Burkina-Fasoda mülki şəxslərə qarşı hücumların sonuncu dalğasıdır.
Keçən həftə Burkina-Fasonun şimal Seytenqa bölgəsində silahlıların hücumu nəticəsində 86 dinc sakini öldürülüb.
BMT-nin MINUSMA kimi tanınan Mali missiyası bazar ertəsi gecə verdiyi açıqlamada Malinin mərkəzindəki hücumları pisləyib.
Bəyanatda qeyd olunub ki, son hücumlar da Qaonun bir neçə bölgəsində baş verib və onlarla mülki şəxs həlak olub.
Yerli rəsmilər bu həftə AFP-yə bildiriblər ki, regional paytaxtdan 35 kilometr şimalda yerləşən Malinin Ebak şəhərində 24 mülki şəxs öldürülüb.
Yerli siyasi hərəkat iyunun 12-də Menaka bölgəsindəki İzingazda islamçı yaraqlıların 22 nəfəri öldürdüyünü bildirib.
Mali hərbi hökuməti ölkənin şimal bölgələrində artan zorakılıqları şərh etməyib. Zorakılığın artması Fransa ordusunun Malinin rus muzdluları ilə işləməsinə görə bölgədən çəkilmə prosesində olduğu bir vaxta təsadüf edir.
“Human Rights Watch” və xəbərlər yerli əhaliyə istinadən bildirir ki, mart ayında Mali ordusu və rus muzdluları Malinin mərkəzindəki Mourada yüzlərlə dinc sakini öldürüb.
Hərbçilər hər hansı mülki vətəndaşın öldürüldüyünü inkar edir, Malidə yalnız rus “təlimatçılarının” olduğunu və Moura hücumunda 200-dən çox islamçı yaraqlının öldürüldüyünü deyir.