«Turan» məlumatına görə, S.Əlvan oğlunun aksiyalarda iştirak etmədiyini, çörək almaq üçün getdiyi zaman polis gülləsilə vurulduğunu deyib.
«Mən bu gün oğlumu son mənzilə yola saldım, o isə övladını ifadə belə verməyə göndərmədi. Mənim oğlum qürurla getdi, oğurluqda ittiham olunmadı. Ona görə də bu xalq mənim övladımın arxasında idi», - S.Əlvan Ərdoğanı və oğlu Bilal Ərdoğanı korrupsiya və rüşvətdə suçlayıb.
S.Əlvan Ərdoğandan tək istəyinin oğlunun qatillərinin tapılması olduğunu deyib.
Ata oğlunun xəstəxanada komada qaldığı 9 ay ərzində rəsmilərdən heç kəsin onlarla maraqlanmadığını bildirib.
«Bu ölkənin vətəndaşıyıq, bu bayraq altında yaşayırıq, mən də bu dövlətə vergi ödəyirəm. Berkin çörək almağa getdi. O baş nazirə səslənirəm. İstəsə övladımın qatilini 1 saat içində gətirər. Əmri də o verdi və polis də əmr quludur. «Mənim polisim dastan yazdı»deyir Ərdoğan. Emri də o verib. Misirdə ölənlərə rəhmət dilədi, amma bizlərə başsağlığı belə vermədi», - S.Əlvan Ərdoğanı tənqid edib.
S.Əlvan Ərdoğana vicdanı varsa B.Əlvanın qatilini ortaya çıxarmasını istəyib.