“Litva Rusiyanın onu ümumi enerji təchizatı sistemindən ayırmaq ehtimalına hazırdır”. Bunu Litva Prezidenti Gitanas Nauseda “Reuters”ə bildirib.O əlavə edib ki, gərginliyin artacağı təqdirdə Rusiyanın Litvaya hücum edəcəyinə inanmır, çünki Litva NATO-nun üzvüdür.
G.Nauseda NATO sammitində alyansın Baltikyanı ölkələrdəki kontingentinin artırılıb-artırılması ilə bağlı qərar qəbul edilən zaman Rusiya ilə qarşıdurmanın mümkünlüyü məsələsini qaldıracağını bildirib.
çap et