Vaxt.Az

Həqiqi müharibə cinayəti


 

Zelenski: “İşğalçılar bizə qarşı etdikləri hərəkətlərə cavab alırlar”

Həqiqi müharibə cinayəti Ukrayna çərşənbə axşamı Severodonetsk bölgəsinə ağır zərbələrin endirildiyini bildirib. Rusiya qüvvələri ölkənin şərqində yerləşən bu şəhərin tam nəzarətini ələ keçirməyə çalışır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahın sözçüsü gündəlik brifinq zamanı deyib ki, Severodonetskdə döyüşlər şiddətli olub, Rusiya Ukrayna mövqelərinə həm havadan zərbələr endirib, həm onları atəşə tutub.

Luqanskın qubernatoru Sergey Qayday Severodonetskdə ukraynalı döyüşçülər və təxminən 500 mülki vətəndaşın sığındığı Ukraynadan Azot kimya zavodunda ağır döyüşlərin getdiyini bildirib.

Qayday həmçinin deyib ki, Rusiya qüvvələri Severodonetsk yaxınlığında yerləşən Lisiçansk şəhərində “fəlakətləi dağıntılara” səbəb olublar.

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin şərq bölgəsinin müdafiəsində çətinliklərin olduğunu etiraf edib, amma deyib ki, Rusiya qüvvələri Ukraynanın müqaviməti ilə üzləşməyə davam edəcəklər.

“Orada ən çətin döyüşlər deyir. Ancaq bizim orada güclü oğlan və qızlarımız var”, – Zelenski bazar ertəsi deyib və əlavə edib ki, “işğalçılar bizə qarşı etdikləri hərəkətlərə cavab alırlar”.

Bundan öncə Zelenski bazar ertəsi Rusiyanı buğda çatdırılmalarını blok etməklə və qitədə artan ərzaq qiymətlərinə səbəb olmaqla Afrikanı “girov” saxlamaqda ittiham edib.

Zelenski Afrika İttifaqı liderlərinə video müraciətində deyib: “Bu müharibə sizə və sizin ölkələrinizə uzaq görünə bilər. Amma artan ərzaq qiymətləri bu fəlakətli şəkildə milyonlarla afrikalı ailələrin evlərinə gətirib.”

O deyib ki, Ukrayna Rusiyanın Ukrayna limanlarına qarşı blokadasına son qoymağa çalışmaq üçün “mürəkkəb, çoxmərhələli danışıqlar” aparır.

“Amma hələ ki, irəliləyiş yoxdur… Buna görə də, qlobal ərzaq böhranı bu müstəmləkə müharibəsi davam etdiyi müddətdə olacaq”, – o deyib.

Rusiya Ukraynadan buğda ixraclarını qəsdən blokladığını inkar edir və artan qlobal ərzaq qiymətlərinə görə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları günahlandırır.

Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Cozef Borrel Rusiyanın hərəkətlərini “həqiqi müharibə cinayəti” adlandırıb. O deyib ki, Aİ-nin baş diplomatları bazar ertəsi Lüksemburqda toplaşıb. “Bu, ağlasığmazdır. Heç təsəvvür etmək olmaz ki, Ukraynada milyonlarla ton buğda blokadada qalır, dünyanın qalan hissəsində isə insanlar aclıqdan əziyyət çəkir,” o bildirib.

Bundan əlavə? bazar ertəsi ABŞ-ın maliyyə naziri Canet Yellen və Kanadanın maliyyə naziri Kristia Friland Torontoda görüşərək sanksiyaları və Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmağın yollarını müzakirə ediblər.

Yellen görüşün əvvəlində deyib ki, iki nazir həmçinin yüksək benzin və enerji qiymətləri ilə mübarizə aparmaq üçün enerji hasilatını artırmaq üzərində çalışacaq.

 





22.06.2022    çap et  çap et