Vaxt.Az

“Yeni reallıqları nəzərə almaq lazım gələcək”


 

Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”

“Yeni reallıqları nəzərə almaq lazım gələcək” Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 22-də keçirdiyi həftəlik brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin ATƏT-in Minsk qrupu haqqında dediklərini şərh edib.

Karen Donfrid ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Moskva ilə işləməyə hazırdır.

Mariya Zaxarova xanım Donfridin bəyanatına şübhə ilə yanaşdığını deyib: “İcazə verin, Karen Donfridin bəyanatının səmimiliyinə şübhə bildirim. Əgər Vaşinqton və Paris ATƏT-in Minsk qrupu həmsədrləri kimi unikal formatı həqiqətən də mühüm saysaydılar, bütün üzv dövlətlər tərəfindən təsdiq olunmuş mandatlarına etinasızlıq göstərməzdilər. Onlar fevralın 24-dən nümayişkaranə şəkildə, heç bir məsləhətləşməsiz rusiyalı həmsədrlə əlaqəni kəsiblər”.

Mariya Zaxarova daha sonra deyib: “Bununla da “üçlüyün” işinə bir çox mənalarda düzəlməz ziyan vurulub. İndi isə onlar belə şeylər deyirlər. Bu hiddətdoğuran hərəkətin səbəblərinə dair anlaşıqlı bir izahat verilməyib. Eynilə buna da zəmanət yoxdur ki, belə məsuliyyətsiz hərəkətlər təkrar olunmayacaq. Özümüzü heç nə baş verməyibmiş kimi apara bilmərik. Yeni reallıqları nəzərə almaq lazım gələcək”.

Zaxarova qeyd edib ki, Qərb Rusiyanı bütün dünyadan təcrid etmək yolunu tutub: “Amma onlar səhvə yol veriblər, öz konsepsiyaları ilə yenidən iflasa uğrayıblar. Xarici aləm təkcə Avroatlantika məkanı ilə məhdudlaşmır”.

 





23.06.2022    çap et  çap et