Vaxt.Az

Goranboydan sel keçib


 

Ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib

Goranboydan sel keçib İyunun 22-də yağan leysan Goranboy rayonunda güclü selə səbəb olub və yaşayış məntəqələrinə ziyan vurub.

Yerli sakinlərin bildirməsinə görə, ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib. Orada selin bir sıra tikililəri dağıtdığı, yaşayış binalarına ziyan vurduğu bildirilir.

İlkin məlumatlara görə, insanlar xəsarət almayıb. Əsasən ev heyvanları tələf olub, bir sıra yardımçı tikililər dağılıb. “Yollar yuyulub, elektrik dirəkləri sökülüb”, – sakinlər qeyd edib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

 





23.06.2022    çap et  çap et